İtaliyada yeni növ koronavirusa yoluxanların sayı 79 nəfərə çatıb, onlardan ikisi ölüb və yalnız bir nəfər sağalaraq xəstəxananı tərk edib.
SİA xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.
Borrelli Nazirlər Şurasının təcili iclasının yekununa dair keçirilən mətbuat konfransında çıxış edərkən deyib ki, virusa yoluxma halı artıq ölkənin 5 bölgəsində qeydə alınıb.
Onun sözlərinə görə, 51 nəfər xəstəliyin simptomları ilə xəstəxanaya yerləşdirilib, onlardan 18-i intensiv terapiya şöbəsindədir, daha 11 nəfər ev şəraitində saxlanılır, çünki onlarda xüsusi simptomlar aşkar edilməyib.