Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib

22 Fevral 2020 17:05 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

SİA xəbər verir ki, Prezident İlham Əliyev Prezident Kersti Kalyulayda möhkəm cansağlığı, işlərində uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyib.