Avropa yeni miqrasiya böhranı ilə üz-üzədir

22 Fevral 2020 16:20 (UTC+04:00)

İdlibdə vəziyyət münaqişənin nəzarətsiz səviyyəyə və bunun nəticəsində Avropada yeni miqrasiya böhrana gətirib çıxara bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron çıxışında qeyd edib.

Onun sözlərinə görə, Fransa və Almaniya təcili atəşkəsin bərqərar olunmasına təkid edir.

Avropanın hərbi əməliyyatlar nəticəsində yeni miqrasiya böhranı ilə üzləşəcəyindən narahatlığını bildirən Fransa lideri vəziyyətin ağır olduğunu dilə gətirib: "Ötən gün iki türk əsgəri həlak olub. Baş verənlər onlarla insanın dünyasını dəyişməsinə səbəb olub. Vəziyyət nəzarətsiz hərbi eskalasiyaya gətirib çıxara bilər. İdlibdə baş verən toqquşma yeni miqrant böhranını qaçılmaz edir. Mən bir sıra qeyri-hökumət təşkilatları ilə danışmışam. Məlumata görə, hazırda 2 milyona yaxın insan təhlükəli vəziyyətdə və ya qaçqın düşüb".

Makron qeyd edib ki, Fransa və Almaniyanın təcili atəşkəsi bərqərar etməyə və siyasi dialoqun yenidən başlanması ilə çağırış edir. Onun fikrincə, Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin İstanbul formatında dördlü görüş keçirməsi vacibdir: "Biz ağır nəticələrə gətirib çıxaracaq humanitar fəlakət, dağıdılan xəstəxanalar görürük. Bu, tamamilə qəbuledilməzdir".

O əlavə edib ki, İdlib hərbi yolla həll edilə bilməz.