Vüsalə: ""Sevgiliniz" sayəsində aldıqlarınızı qoruyun"

22 Fevral 2020 16:31 (UTC+04:00)

Aparıcı-prodüser Vüsalə Kərimova əsəblərinə hakim kəsilə bilməyib. SİA-nın məlumatına görə, o, ad çəkmədən bəzilərini "yıxıb-sürüyüb": "Niyə məni sevmirsiniz? Yaltaq deyiləm ona görə? Ya əla yaddaşım sayəsində sizlərin unutduğu keçmişinizini xatırladıb, düz alnınızın ortasına çırpıram deyə? Sevgisizliyinizə bir səbəb göstərin. Yox, məni sevməyə məcbur deyilsiz. Amma utanmadan, hətta şərəfsizcəsinə boş başınıza gələn rəyləri yazarkən nə qədər günahlarımı silib apardığınızı bilsəniz paxıllıqdan tərifə keçərsiz. Sadəcə şiddətli dərəcədə qınayıram. Əxlaqdan, səviyyədən, mədəniyyətdən xəbəri olmayanlar adama əxlaq, səviyyə dərsi keçəndə insanın lap əxlaqsızlaşmağı gəlir. Mənim kasıb canımın paxıllığından çat verincə, gedin "sevgiliniz" sayəsində aldığınız evlərinizi, maşınlarınızı və qızıllarınızı qoruyun. Birdən kişi sizi atar, mal-mülk də əldən çıxar. Boş pula satılan ürəklərinizlə mənim təmənnasız ürəyimi qarışdırmayın!"