Daha bir ünvanda nizamlanan piyada keçidi qoyulub FOTO

22 Fevral 2020 13:25 (UTC+04:00)

Daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, çoxsayl vətəndaş müracitələri nəzərə alaraq Bibiheybət yolu ilə Arif İsmayılov küçələrinin kəsişməsinin yaxınlığında nizamlanan piyada keçidi təşkil edilib.

Svetofor xüsusi sensorla təchiz edilib. Piyada sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. Bu kimi svetoforlar, əsasən, hərəkətin intensiv olduğu yollarda quraşdırılır. Belə ki, yolda piyada olmadığı halda svetoforun yalnız yaşıl işığı yanır ki, bu da hərəkətin fasiləsizliyinin təmin edilməsi baxımından vacib amildir.