Rüstəm Cəbrayılov aparıcılıq edəcək

22 Fevral 2020 15:36 (UTC+04:00)

Model Rüstəm Cəbrayılov bu dəfə aparıcı kimi fəaliyyət göstərəcək. SİA-nın məlumatına görə, o, ideya müəllifi müğənni Roza Zərgərlinin olduğu proqrama aparıcılıq edəcək. "Meşəbəyi" adlanan veriliş fevralın 23-dən ARB telekanalında yayımlanacaq.

Layihənin ssenarisinə əsasən Rüstəm rayonları gəzəcək, çətin şəraitdə sağ qalmağın yollarını nümayiş etdirəcək.