“Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunacaq

22 Fevral 2020 16:20 (UTC+04:00)

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 24-də Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində fəaliyyət göstərən Zəngilan rayon Mədəniyyət Evində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə çıxış edəcək. SİA-ya bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirib ki, tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Bəhruz Hikmətoğlu, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov, Zəki Fətəliyev və Güney Əliyeva çıxış edəcəklər.

Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.