Zerrin Özər onu aldadan əri ilə yenidən bir arada

22 Fevral 2020 14:24 (UTC+04:00)

Türkiyəli müğənni Zerrin Özər cəmi 26 saat evli qalıb daha sonra boşandığı Murad Akıcı ilə görüşməyə davam etdiyini açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi barışmağına isə belə aydınlıq gətirib: “Murad mənim üçün çox qiymətlidir. Sevgimiz qarşılıqlı davam edir. Arada görüşüb, telefonla danışırıq. Münasibətimiz bitməyib. Üçüncü şəxslərin mənə aiddiyyəti yoxdur. Ona çox dəyər verirəm. Son iki ilimin ən xoşbəxt günlərini və saatlarını Muradla keçirmişəm. Buna görə də hələ də görüşürəm”.

Qeyd edək ki, cütlüyün toyunun sabahında Murad Akıcının onlarla qadını aldatdığı ortaya çıxmışdı.