Aparıcı və aktyor Azər Aydəmir ad çəkməsə də, aparıcı Mətanət Əliverdiyevanı qadına şiddətlə bağlı ifadələrinə görə tənqid edib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın. Bir nəfəri 18 il bir otaqda saxlamışdılar. Efir üzünə həsrət qoymuşdular. Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?”
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil” deyə, aparıcıya cavab verib.