Nigeriyada 120 terrorçu zərərsizləşdirilib

22 Fevral 2020 10:25 (UTC+04:00)

Fevralın 1-dən başlayaraq Nigeriyanın cənub-qərbində Fransa silahlı qüvvələri ilə birgə həyata keçirilən orta hərbi əməliyyatlar nəticəsində 120 terrorçu öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, iki ölkənin silahlı qüvvələri fevralın 20-nə qədər Mali və Burkina Faso ilə sərhəd yaxınlığında yerləşən Tillaberi bölgəsində keçirdikləri hərbi əməliyyat zamanı 120 terrorçunu zərərsizləşdirməyə nail olublar. Bununla yanaşı əməliyyat zamanı terrorçulara məxsus partlayıcı qurğular və digər avadanlıqlar ələ keçirilib. Hərbçilər arasında itki qeydə alınmayıb.