76 min nəfər koronavirusa yoluxub

22 Fevral 2020 10:14 (UTC+04:00)

Çində koronavirusa yoluxanların sayı 76 min nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yoluxanlardan 2345 nəfəri dünyasını dəyişib. 20 min 659 nəfəri sağalaraq xəstəxanadan evə buraxılıb.

“Dövlət Səhiyyə Komitəsinə 31 əyalətdən (rayon, mərkəzi tabeliyindəki şəhərlər) 76 min 288 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğu , 53 min 284 nəfərin xəsətlikdən əziyyət çəkdiyi (11 min 477 nəfərin vəziyyəti ağırdır), 20 min 659 nəfərin isə xəstəxanalardan evə buraxıldığı ilə ağlı məlumat daxil olub. Vurisdan ölənlərin sayı isə 2345 nəfərə çatıb”, - deyə Çinin Səhiyyə Nazirliyi tərəfindən açıqlanan məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün ərzində ölkədə yeni 397 yoluxma halı qeydə alınıb, xəstəxanalardan 2393 nəfər evə buraxılıb, 109 nəfər isə infeksiyanın qurbanı olub.

Məlumat üçün nəzərinə çatdıraq ki, Çində 113,5 min insan xəstələrlə təmasda olduqlarına görə nəzarət altında saxlanılır.