"Rəhman Rəhmanovun vəziyyəti günü-gündən pisləşir" AÇIQLAMA

22 Fevral 2020 09:21 (UTC+04:00)

Əməkdar artist Rəhman Rəhmanov yenidən xəstəxanaya yerləşdirilib. Bu haqda SİA-ya aktyorun xanımı açıqlama verib: "Rəhmanın qaraciyəri, ürəyi ilə bağlı problemləri var. Həmçinin şəkər xəstəliyindən də əziyyət çəkir. Vəziyyəti ciddidir. Halı gündən-günə pisləşir".