Cakarta şəhəri su altında qalıb

22 Fevral 2020 07:45 (UTC+04:00)

İndoneziyanın paytaxtı Cakarta şəhərinin xeyli sayda rayonu leysan yağışlarına görə növbəti dəfə su altında qalıb. SİA İndoneziya Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinə istinadla xəbər verir ki, leysan yağışlar nəticəsində paytaxtın təqribən 40 rayonunun sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.

Cakartanın şərqində yerləşən Kramat Cati rayonunun daha çox su altında qaldığı bildirilir. Burada suyun səviyyəsinin 80 santimetr qalxdığı qeyd edilir.

Meteoroloqlar şəhərdə daşqınların martadək davam edəcəyi barədə xəbərdarlıq yayıblar.

Qeyd edək ki, Yeni il ərəfəsində İndoneziyada son 12 ilin ən güclü yağışları müşahidə edilib. Təbii fəlakət nəticəsində 67 nəfər həlak olub, 10 minlərlə sakin təxliyə edilib.