Koronavirusa yoluxan üç aylıq körpə sağalıb

22 Fevral 2020 08:42 (UTC+04:00)

Vyetnamda nənəsindən koronavirusa yoluxan üç aylıq uşaq sağalıb. SİA xəbər verir ki, bu barədə Vetnamın “VnExpress” nəşri məlumat yayıb.

Bildirilib ki, 10 gün əvvəl Hanoydakı xəstəxanaya yerləşdirilən qız uşağı təkrar müayinə üçün Vyetnamın şimalında yerləşən Vinfuk əyalətinin “Binsuen County” tibb mərkəzinə yerləşdiriləcək.

Qızın anası xəstəxananın tibbi personalına təşəkkür edərək, başqalarına kömək etmək üçün əlindən gələn əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, uşağın nənəsi koronavirusa Çinin Uhan şəhərindən yanvar ayında Vyetnama qayıdan bir nəfərdən yoluxub.