Yük avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər xilas edilib

22 Fevral 2020 05:27 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran rayonunun Uzunboyad kəndində “Mazda” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub.

SİA FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.