"Fənərbaxça" Adil Rami ilə yollarını ayırdı

21 Fevral 2020 20:17 (UTC+04:00)

"Fənərbaxça" futbolçusu Adil Rami ilə yolları ayırıb. Klubun saytında yer alan məlumatda deyilir ki, fransalı müdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.İstanbul təmsilçisi artıq bununla bağlı Türkiyə Futbol Federasiyasını (TFF) məlumatlandırıb.

Qeyd edək ki, DÇ-2018-də Fransa millisinin heyətində qızıl medal qazanan Rami ötən ilin avqustunda "Fənərbaxça" ilə 1+1 illik müqavilə imzalamışdı.