Azərbaycanın Xəzər Hövzəsinin Təhlükəsizlik mühitinə baxışı Türkiyədə müzakirə olunacaq

6 Aprel 2011 19:41 (UTC+04:00)

7-10 aprel 2011-ci il tarixində Türkiyənin paytaxtı Ankarada NATO-nun Sülh və Təhlükəsizlik Elmi proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTÜ) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə "NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti" mövzusunda konfrans keçiriləcək.

 

SAM-dan SİA-ya verilən xəbərə görə, konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Zaur Şiriyev "ABŞ-ın Əfqanıstan müdaxiləsindən sonra Xəzər Hövzəsinin Təhlükəsizlik mühitinə Azərbaycanın baxışı" başlıqlı məruzə ilə çıxış edəcək. Tədbirdə Türkiyə, Avropa ölkələri və Orta Asiyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılacaq və çıxışçıların məruzələri daha sonra kitab şəklində çap olunacaqdır.