“MSK bütün müraciətləri ciddi araşdırır” - AÇIQLAMA

21 Fevral 2020 17:54 (UTC+04:00)

"Milli Məclisə seçkilərlə əlaqədar hər namizəd öz həqiqət bildikləri iddiaları diqtə etməyə çalışırlar". SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

"Biz başa düşürük ki, hər bir namizəd özünü iddiaları ilə birlikdə haqlı sayır. Misal üçün bir namizəd hansısa məntəqədən razılığını bildirir, digəri isə həmin məntəqədən narazılıq edir. Bəzən namizədlər subyektib olaraq öz iddialarını diktə etməyə çalışır. MSK bütün müraciətləri ciddi araşdırır və müvafiq qərar qəbul edir", deyə MSK-nın sədr müavini bildirib.