91 saylı Ucar Seçki Dairəsinin 2 məntəqəsində nəticələr ləğv edilib

21 Fevral 2020 17:38 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar Seçki Dairəsindən deputatlığa namizəd Məmmədov Əbil Abbas oğlunun müraciətinə baxılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciətdə həmin dairənin bir neçə məntəqəsində pozuntular olduğu əks olunub: "Ona görə də müraciət əsasında araşdırmalar aparılıb. Komissiya bu müraciət üzrə hərtərəfli və geniş araşdırmalar aparıb".

İclasda qeyd olunub ki, 91 saylı Ucar Seçki Dairəsinin 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilib. Bununla da DSK-nın qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu dairənin lider namizədi Həsən Ramil Sahib oğludur.