Oksananın ilk dəfə oğlu ilə FOTOLARI

21 Fevral 2020 17:10 (UTC+04:00)

Rəqqasə-aktrisa Oksana Rəsulova ilk dəfə oğlu ilə fotolarını sosial şəbəkədə paylaşıb. SİA-nın məlumatına görə, o, yaşyarımlıq Osmanın üzünün görünmədiyi fotoları izləyiciləri ilə bölüşüb. Oksana fotolara "Allah bütün balaları saxlasın, olmayanlara qismət etsin" şərhini verib.

Xatırladaq ki, Oksana 2018-ci ilin oktyabr ayında ana olub. O, uşağının atasını ictimaiyyətdən gizli saxlayır.