Yay Paralimpiya Oyunlarına üç üzgüçümüz qatılacaq “Tokio-2020”

21 Fevral 2020 16:45 (UTC+04:00)

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanı üç üzgüçü təmsil edəcək. SİA-nın məlumatına görə, bu sözləri fevralın 21-də Azərbaycan Milli Paralimpiya Komitəsində təşkil olunan mətbuat konfransında qurumun prezidenti İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, millimizin üzvü Roman Saley “Tokio-2020”yə özü vəsiqə qazansa da, Beynəlxalq Paralimpiya Komitəsi ölkəmizə daha iki yer ayırıb. Həmin yer üzrə bir kişi və bir qadın üzgüçü Paralimpiadada mübarizə aparacaq.