Klub nümayəndələri ilə görüş keçirilib

21 Fevral 2020 16:37 (UTC+04:00)

AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, aşağı yaş qrupları üzrə yığma komandaların Fitnes və kondisiya mütəxəssisi – Vladimir Mrdakoviç 12 - 19 yaşlı futbolçuların motorik keyfiyyətlərinin qiymətləndirilməsi və inkişafı istiqamətində görüləcək işlər barədə danışıb.

Qeyd edək ki, görüşdə AFFA-nın Texniki direktoru Bernhard Lippert və aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebitin də iştirak edib.