Qonşu ölkədə 13 nəfər koronavirusa yoluxub

21 Fevral 2020 15:48 (UTC+04:00)

İranda daha 13 nəfərin koronavirusa yoluxması xəbəri yayılıb. SİA xəbər verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur bu barədə məlumat verib.

O bildirib ki, 13 nəfərdən 7-i Qum, 4-ü Tehran və 2-i Azərbaycanla sərhəd bölgədə yerləşən Gilan əyalətindədir.

Cahanpur koronavirusa yoluxmaqda şübhəli bilinən daha iki nəfərin vəfat etdiyini bildirib.