Neymar yanvar ayının ən yaxşısı seçilib

21 Fevral 2020 15:39 (UTC+04:00)

“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu seçilib. SİA-nın məlumatına görə, braziliyalı futbolçu yanvarda üç görüşdə rəqib qapısına beş dəfə yol tapıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Jurnalistlərin və futbol ictimaiyyətinin nümayəndələrinin qatıldıqları səsvermədə Neymar 62 faiz səs yığaraq Yunis Abdelhamidi (“Reyms”, 20 faiz) və Musa Dembeleni (“Lion”, 18 faiz) geridə qoyub.