Paytaxtda avtomobillər qarət olunub

21 Fevral 2020 14:34 (UTC+04:00)

Oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş K.Nəcəfovun ətrafında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.