Xalq artisti: "Atam məni ölənə qədər danışdırmadı" AÇIQLAMA-FOTOLAR + VİDEO

21 Fevral 2020 16:49 (UTC+04:00)

Xalq artisti Nürəddin Mehdixanlı illər öncə atasının ona qoyduğu qadağalardan söz açıb. SİA-ya açıqlama verən aktyor bunları deyib: "Uşaq yaşlarımdan aktyor olmaq kimi arzum olmayıb. Hətta atam mənim hərbiçi olmağımı istəyirdi. Çünki ailəmizdə hərbiçi var idi. Amma mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Bunu görə də atam məni ölənə qədər danışdırmadı".