Avtomobil piyadanı vuraraq öldürüb

21 Fevral 2020 14:17 (UTC+04:00)

Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 20-də saat 7 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini N.Atabalayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nərminə Mahmudovanı vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.