Avtomobil oğrusu saxlanıldı

21 Fevral 2020 14:11 (UTC+04:00)

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədova fevralın 20-də G.Şıxlinski küçəsindən “KİA” markalı avtomobilinin qaçırıldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.