Fransa səfiri Sumqayıt Dövlət Dram Teatrında FOTOLAR

21 Fevral 2020 13:31 (UTC+04:00)

Fransanın Azərbaycandakı səfiri Cənab Zakari GROS Sumqayıt Dövlət Dram Teatrının qonağı olub. Teatrdan SİA-ya verilən xəbərə görə, qonaqları teatrla tanış edən Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov səfirə teatrın tarixi və repertuarı haqqında məlumat verib. Hazırda teatrın repertuarında Marsel Berkye Marinye “Oğru” tamaşasının da yer aldığı barədə məlumatlandırılan səfir məmnunluğunu bilidrərək gələcəkdə Fransa-Azərbaycan teatrları arasında əməkdaşlığın ölkələrarası münasibətlərinin vacibliyini vurğulayıb.