Ölümlə nəticələnən yol qəzası baş verib

21 Fevral 2020 13:20 (UTC+04:00)

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, fevralın 20-də saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurmuş, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüb. B.Bayramov hadisə yerini tərk edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.