Yalçın Rzazadənin yenidən səhhətində problem yarandı AÇIQLAMA

21 Fevral 2020 15:25 (UTC+04:00)

Xalq artisti Yalçın Rzazadə yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək. SİA-ya bu haqda müğənninin özü açıqlama verib: "Bildiyiniz kimi, xeyli müddətdir ki, müalicə olunuram. Hətta Türkiyədə əməliyyat olundum. Mart ayının 1-də yenidən qardaş ölkədə xəstəxanaya yerləşdiriləcəm. 1 ay Azərbaycanda olmayacam. Ümid edirəm ki, yenidən sağlamlığıma qovuşaram".

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı Bakıda xəstəxanaya yerləşdirilmiş, sonra əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi.