Mübariz Tağıyevin gizli layihəsi ÖZƏL

21 Fevral 2020 13:35 (UTC+04:00)

Xalq artisti Mübariz Tağıyev tez-tez efirlərdə görünməməyinin səbəbini açıqlayıb. SİA-ya açıqlama verən sənətçi bu sözləri deyib: "Bəzi verilişlərə getmirəm. Proqramlara dəvət olunanda da seçim edirəm. Efirlərdə tez-tez görünməməyinin səbəbi daha çox vaxtımın olmamasından irəli gəlir".

Tağıyev yeni layihə ərsəyə gətirdiyini də bildirib: "Bildiyiniz kimi, illər öncə "Yeni ulduz" layihəsində münsiflərdən biri idim. Həmin verilişə bənzər yeni proqram hazırlayırıq. Həmin layihədə juri və baş prodüser ola bilərəm. Sözügedən proqram haqqında çox danışa bilməyəcəm. Çünki icazə verilmir".