Nazirdən növbəti əmr: rəis işdən çıxarıldı

21 Fevral 2020 11:21 (UTC+04:00)

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. SİA-nın verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə polis mayoru Elvin Abbasov təyinat alıb.

O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.