Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib FOTOLAR

21 Fevral 2020 11:25 (UTC+04:00)

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumaına görə, əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində nümayiş olunan və Xocalı soyqırımını andıran rəsm əsərləri ilə tanış olublar.

Dövlət himninin ifası ilə başlanan tədbirdə soyqırım qurbanları yad edilib.

Tədbirin aparıcıları Amil Babayev və Fidan Naqıyeva Xocalı soyqırımı haqqında məlumat verdikdən sonra jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin kadrlarından ibarət videoçarx nümayiş olunub.

Sonra Əməkdar artist İzaməddin Bağırov və gənc qiraətçi Ümid Abbasın ifasında şeirlər, gənc ifaçılar Təranə Nurlu və Fidan Nağıyevanın ifasında vətənpərvər ruhlu mahnılar, muğam üçlüyünün ifasında “Zabul segahı” dinlənilib,

Daha sonra Fərhad Dadaşov və Elnarə Xəlilovanın birgə hazırladıqları "Xocalı harayı" kompozisiyası və "Bayraqlar" rəqsi təqdim olunub.

Anım tədbirində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, “N” saylı hərbi hissənin şəxsi heyyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.