"Paşinyan özünü təlxəkliyə qoyub" ÖZƏL - MÖVQE

21 Fevral 2020 10:11 (UTC+04:00)

“Bir neçə saat əvvəl Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibədə faktiki olaraq heç bir ərazinin qaytarılmayacağını bildirdi. Eyni zamanda o, Münhendəki debata toxunaraq Azərbaycan kimi, Qarabağın da SSRİ-dən müstəqillik əldə etdiyini bildirdi”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Paşinyan özünü təlxəkliyə qoyub: “Bu xalq düzələn deyil. Bunların hamısının diaqnozu eynidir. Bu arada, bizim bir sıra tanınmış ekspertlərin ərazilərlə bağlı nikbin proqnozları alt-üst oldu. Məncə Qarabağla bağlı heç bir proqnoza ehtiyac yoxdur. Hər şey bəllidir.

İndi buyursunlar ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bu çıxışa reaksiya versinlər. Nikol Ermənistanın öhdəsinə götürdüyü ətraf ərazilərin qaytarılmasından imtina edirsə, bu, "Madrid prinsipləri"nin və ümumillikdə münaqişənin mərhələli həll variantının üstündən xətt çəkilməsi deməkdir”.