Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısını qəbul edib

21 Fevral 2020 05:12 (UTC+04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Sarajı qəbul edib. SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, görüş İstanbulda, Dolmabağça sarayında keçirilib. Məlumata görə, danışıqlar 2 saat davam edib və mətbuat üçün qapalı olub.