Mingəçevir sakini dəm qazından zəhərlənib
21 Fevral 2020 03:34 (UTC+04:00)
Mingəçevir sakini dəm qazından zəhərlənib.
SİA xəbər verir ki, hadisə Günəşli yaşayış massivindəki 7-ci küçədə yerləşən fərdi təsərrüfatlardan birində baş verib.
1989-cu il təvəllüdlü şəhər sakini Taleh Musayev vanna otağında dəm qazından zəhərlənərək ağır vəziyyətə düşüb.
T.Musayev xəstəxanaya yerləşdirilib.