Çində yeni növ koronavirus qurbanlarının sayı 2236 nəfərə çatıb

21 Fevral 2020 06:28 (UTC+04:00)

Çində yeni növ koronavirus qurbanlarının sayı 2236 nəfərə çatıb, 18264 nəfər müalicə yolu ilə bu virusdan xilas olub.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb.

Məlumata görə, gün ərzində koronavirusun yaratdığı xəstəlikdən 118 ölüm faktı qeydə alınıb, 2109 nəfər xəstəxanadan buraxılıb. Çində yeni tip koronavirusa yoluxanların ümumi sayı gün ərzində 889 artaraq 75,4 min nəfəri keçib.

Çin hökuməti qeyd edib ki, 31 vilayətin ərazisində hazırda 54,965 nəfər xəstədir, onlardan 11,6 mininin vəziyyəti ağır kimi qiymətləndirilir.

Ölümlərin ən yüksək həddi Hubey əyalətində qeydə alınıb – 115 nəfər. Ümumilikdə keçən ilin dekabr ayından koronavirusun yayıldığı vilayətdə 62,4 min yoluxma hadisəsi qeyd edilib. 1,4 mindən çox xəstə sağalıb və xəstəxanalardan buraxılıb.