Bakıda avtomobilin reklam dirəyinə çırpılması iki nəfərin ölümü ilə nəticələnib

21 Fevral 2020 00:14 (UTC+04:00)

Bakıda avtomobilin reklam dirəyinə çırpılması ölümlə nəticələnib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “Kia” markalı minik avtomobili yol kənarındakı reklam löhvəsinə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.