Tovuzda maşın aşdı: sürücünün vəziyyəti ağırdır - FOTO

20 Fevral 2020 20:31 (UTC+04:00)
Tovuz rayonunda ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Xatınlı kəndində baş verib. Sürücü 1989-cu il təvəllüdlü Emin Mehrəliyev idarə etdiyi "VAZ 2106" markalı avtomobilini aşırıb. Zərbənin təsirindən adıçkilən şəxs ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Tovuz rayon Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimal kimi, qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.