Müxalifət xarici əlaqələrindən məhrum olunub

20 Fevral 2020 18:18 (UTC+04:00)

Ciddi beynəlxalq təşkilatlar AXCP, Müsavat və "REAL"-dan imtina edir

Daxili çəkişmələrdən və qarşıdurmalardan xilas ola bilməyən dağıdıcı müxalifətin xarici maraqlı dairlərdən aslı olan partiya sədrləri azad və demokratik şəraitdə keçən 9 fevral parlament seçkilərinin nəticələrinə kölgə salmaq üçün hər cür yaramaz vasitə və üsüllardan istifadə etməkdən çəkinmirlər. Hətta seçki məğlubiyyətini həzm etmək istəməyən Müsavat, "REAL" və digər tör-töküntüdən ibarət olan partiyalar qaşıdurma yartmaq üçün MSK-nın qarşısinda icazəsiz aksiya keçirməyə cəhdlər göstərdilər. Halbuki, Bakı şəhər icra hakimiyyəti qanunun tələblərinə müvafiq olaraq müxaliflərə aksiya keçirmələri üçün yer ayırmışdır. Ancaq müstəqil mövqeyə və düşüncəyə malik olmayan müxalifət partiya sədrləri ayrılan yerlə razılaşmayıb, Bakının mərkəzində - qanunla qadağan olunmuş metrostansiyaların ətrafında, insanların sıx hərəkət etdikləri ərazilərdə aksiya keçirməyə cəhdlər göstərdilər. Bununla bir daha erməni lobbisindən, maliyyə yardımları aldıqları xarici təşkilatlardan xüsusi göstərişlər aldıqlarını nümayiş etdirdilər.

Bir sözlə, mövcud hazırkı proseslər bir daha təsdiq edir ki, müxalifətin fəaliyyəti ancaq milli maraqları satmağa hesablanıb. Bu baxımdan, belə müxalifət haqlı olaraq içtimai nifrətə və ittihama layiqdir. Dağıdıcı müxalifətin cəmiyyət tərəfindən qəbul edilməməsinin müxtəlif, həm də konkret səbəbləri var. Başlıcası hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə hazır olmaları, məram və məqsədlərini anlamayan bir neçə gənci təxribatlar törətməyə təhrik etmələri və bu kimi səbəblərlə əlaqləndirmək olar.

"Onları həbsə atmaq üçün kifayət qədər əsaslar var"

Bütün bunlar, bir daha onu deməyə əsas verir ki, onlar xalqa və dövlətə düşmən kəsiliblər. Yəni öz məkrli palanlarını və eləcə də, xarici qüvvələrin pozuculuğa yönələn sifarişlərini yerinə yetirmək üçün hər cür məkrli qüvvə ilə əməkdaşlıq münasibətləri qurmaqdan çəkinməzlər. Bu da dağıdıcı müxalifətin çirkin, yaramaz siyasətinin dəyişməsinin mümkün olmadığını göstərir. Həm də bir daha əminliklə demək olar ki, xalqdan ayrı düşən dağıdıcı müxalifətin sağlam fəaliyyət yolu tutması və ya fəaliyyət göstərməsi mümkün deyil. Partiya sədrlərinin yeniləri ilə əvəzlənməsi də heç nəyi dəyişməyəcək. Çünki indiki partiya liderlərinin qərəzli təbliğatları ilə zəhərlənən sədrliyə yeni namizədlər postlarından oturduqdan sonra sələflərindən fərqli siyasət aparacaqları inandırıcı deyil. Bu baxımdan hazırki müxalif partiyaları fəaliyyətlərini dayandıra və ya başaqa partiyalara transfer olunana qədər bu cür zəif və gücsüz formada siyasi arenada adları çəkiləcək. Faktlara istinadən demək olar ki, müxalifətin üzdə olan partiya funksionerləri birbaşa və ya dolayısı ilə xarici fondlara və təşkilatlara bağlı insanlardır. Qarşılıqlı əlaqələr fonunda ortada milli maraqların zərbə altına qoyulmasıdır. Dəfələrlə müxalifətin müəyyən ünsürlərinin "SOROS", "Stevan Çldrın", "Vestern Marşal" təşkilatları ilə əlaqələrinin olması sübuta yetirilib. Misal kimi, müsavatçı Əfqan Muxtarlının, eləcə də, AXCP sədr müavini Gözəl Bayramlının sözügedən təşkilatların ayırdıqları maliyyə vəsaitini Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən zaman həbs olunmamalarını göstərmək olar. "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər və digər dağıdıcı partiya sədrlərinin fəaliyyətlərinin araşdırılmasına zərurət olduğunu bildirib: "Bu adamların fəaliyyəti ciddi şəkildə araşdırılsa, kifayət qədər cinayət əməlləri üzə çıxar. Ə.Kərimli öz liderini zəhərləyən öldürən adamdır. Elçibəy xəstə yatağında olanda Ə.Kərimli "Azadlıq" qəzetində onun ünvanına qeyri-etik yazılar yazdırırdı. Elçibəyin cənazəsi gələn gün Ə.Kərimlinin sifarişi ilə Azadlıq qəzetinin manşetində onu təhqir eləmişdilər. İndi belə bir adamdan nə gözləmək olar? Ə.Kərimli də İsa Qəmbər də xarici qüvvələrə işləyirlər, ordan maliyyə alırlar və bu yolla ölkədə qarışıqlıq salmağa çalışırlar. Hesab edirəm ki, radikal müxalifətin xariclə əlaqələri, bank hesabları, yaxın ətrafının maliyyə qaynaqları da araşdırılmalıdır. Əgər dərindən araşdırma aparılsa, onları həbsə atmaq üçün kifayət qədər əsas tapmaq olar".

Ciddi beynəlxalq təşkilatlar müxalifəti rədd edir

Siyasi ekspertlərin və aprırılan araşdırmaların nəticələri bir daha onu deməyə əsas verir ki, xalqdan ayrı düşən dağıdıcı xislətli müxalif partiyalar artıq ciddi, özlərinə hörmət edən əksər beynəlxalq təşkilatların gözündən düşüb. Yəni əgər bir qədər əvvəllərə qədər AXCP, Müsavat və "REAL" partiya funksionerlərindən xarici təşkilatların bəziləri bir alət kimi istifadə edirdilərsə, artıq bu gün bu əlaqələr öz aktuallığını tamailə itirib. Misal olaraq, ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosunun 9 fevral parlament seçkilərinin nəticələri ilə bağlı müsbət fikirlər, bəyanatlar sələndirməsini göstərmək olar. Halbuki, müxalifət bu qurumdan öz arzu və istəklərinə uyğun hesabat gözləyirdilər. Çünki, onlar ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosuna şər və böhtandan ibarət olan çoxsaylı "donos"lar çatdırmışıdırlar. Müsbət elementlərdən ibarət olan fikirlərin açıqlamasından sonra AXCP sədri Ə.Kərimli, "Milli Şura"nın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı A.Hacılı hay-küy qaldırıb bu quruma qarşı ittihamlar irəli sürməyə başladılar. Hətta özünü "araşdırmaçı jurnalist" kimi cəmiyyətə sırımağa çalışan Xədicə İsmayıl ATƏT-in Demokratik Təssisatlar və İnsan Hüquqları Bürosunu yanlışlığa və müxalif düşüncəli insanları ümidsiz vəziyyətdə qoymaqda günahlandırdı. Amma qurum öz prinsipial möveyindən dönmədi və bununla da, müxalifətin gərəksiz, həm də, zəif qüvvədən ibarət olduğunu nümayiş etdirdi.

İ.ƏLİYEV