“Baku Open” beynəlxalq karate turniri keçiriləcək

20 Fevral 2020 17:02 (UTC+04:00)

Martın 5-dən 8-dək Bakı Boks Mərkəzində 11-ci beynəlxalq “Baku open” karate turniri keçiriləcək.

SİA-nın məlumatına görə, yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında ondan çox ölkədən minədək idmançının iştirakı gözlənilir.