Sınaq imtahanının nəticələri aprelin 7-dək TQDK-nın internet saytında yerləşdiriləcək

6 Aprel 2011 03:47 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il aprelin 3-də Respublikanın 18 şəhərində sınaq imtahanı keçirib.


TQDK-dan SİA-ya verilən xəbərə görə, hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Nəticələrin aprelin 7-dək Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.


Növbəti sınaq imtahanları aprelin 10-da və 17-də keçiriləcək və həmin sınaq imtahanlarına yazılış davam edir.


Abituriyentlərin nəzərinə bir daha çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!