Növbəti tədbir Xocalı soyqımı qurbanlarına həsr olunacaq

20 Fevral 2020 16:01 (UTC+04:00)

25 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində reallaşacaq gecədə “Unutmadıq!” adlı bədii proqram təqdim olunacaq. SİA-nın məlumatına görə, gecədə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeir müsabiqəsinin finalçılarının ifaları və xalq musiqilərindən parçalar səsləndiriləcək.

Xocalıya ədalət !, Xalqın gücü birliyində və yaddaşındadır ! şüarı ilə baş tutacaq tədbirə giriş sərbəstdir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan, gənc istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilən layihənin rəhbəri şairə Nigar Həsənzadədir.