Müğənni Sevda Yahyayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumaına görə, proqramın aparıcısı-prodüser Tarix Əliyev (Tolik) ifaçıya şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb: "Sevda öz adını qoruyur. Elə xasiyyəti yoxdur ki, başqa müğənnilər kimi hərəkətlər etsin. Sevda, nə vaxt tərpənirsən? Ağ atlı, yoxsa ağ "Rolls-Royce"lu oğlan gözləyirsən?"
Onun bu sözlərinə sənətçi belə reaksiya verib: "Hərəkətdəyəm... Yaxşı insan gözləyirəm. Onun atı da, "Rolls-Royce" maşını da olmaya bilər. Əsas odur ki, düşüncəsi, ağlı, insanlığı olsun. 2020 cüt rəqəmdir, gözləyirəm. Amma hələ həyatımda heç kim yoxdur".