Pərvin: "Daha heç nə vecimə deyil" FOTO

20 Fevral 2020 15:25 (UTC+04:00)

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı barədə ilginc sözlər deyib. SİA-nın məlumatına görə, aktrisa etiraflar edib: "Mən qəddar olmuşam. Artıq kiminsə həyatımdan getməsinə üzülmürəm. Hətta bunun itki olduğunu belə hiss etmirəm. Elə bil ki, siqaretdir, çəkib bitirmişəm. Telefonun susmağı, güclü dayağımın olmaması, kömək əlinin uzadılmaması mənə təsir etmir. Artıq başqasının seçimi mənə əziyyət vermir. O qədər çox insan itirmişəm ki, daha heç nə vecimə deyil. Bəlkə də, mən buna alışmışam... "

Qeyd edək ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.