OPEK+ nazirləri martın əvvəlində toplanacaq

20 Fevral 2020 10:03 (UTC+04:00)

OPEK+ nazirlərinin iclası 5-6 mart tarixlərində baş tutacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq OPEK katibliyi tərəfindən müvafiq rəsmi dəvətnamələr iştirakçı ölkələrə göndərilib.

Artıq təşkilata daxil olan ölkələrin ikisi dəvət aldğını təsdiqləyib. Bəziləri cədvəldə dəyişiklik edilməsinin tərəfdarı olduğunu açıqlayıb.

Xatırladaq ki, toplantının keçirlmə tarixi ötən ilin dekabr ayında üəyyən edilib. Lakin Çində koronavirusun yayılması səbəbindən qeyri-müəyyənlik yaranmışdı.