Koronavirusun yayılması ilə əlaqədar şəxsi, təhsil, turizm və işləmək məqsədi ilə Çin vətəndaşlarının Rusiyaya girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, məhdudiyyə bu gündən - fevralın 20-dən qüvvəyə minir.
Qeyd edək ki, Rusiyanın bölgələrindən Çin şəhərlərinə müntəzəm təyyarə reyslər fevralın 1-dən etibarən bağlanıb. “Aeroflot” bu həftə Çinə uçuşlara tələbatın azalması səbəbindən bu ölkəyə uçuş qrafikini azaldacağını bildirib.
Martın 1-dək ölkələr arasında dəmiryol sərnişin daşınmasının bağlanacağı bildirilir, yükdaşımalar isə hələ ki qrafik üzrə həyata keçirilir.