Afinada tikilmiş ilk məscidin açılışı planlaşdırılır

20 Fevral 2020 02:43 (UTC+04:00)

“Kathemerini” qəzetinin məlumatına görə, Yunanıstanın paytaxtı Afinada yerli əhalinin etirazlarına baxmayaraq, Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır.

SİA xəbər verir ki, istifadəyə veriləcək məsciddə iyulun 31-i günü Qurban bayramının təntənəli şəkildə qeyd olunacağı da məlumatda əks olunub. Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.

Qeyd edək ki, 1832-ci ildən başlayaraq Yunanıstanın heç bir hökuməti şəhərdə məscidin inşa edilməsinə icazə verməyib. Yalnız 2013-cü ildə hökumət məscidin inşa edilməsinə 946 min avro vəsait ayırıb. Qərar müsəlman icması tərəfindən çox müsbət qarşılanıb.