Binəqədidə mübahisə zəminində iki nəfər bıçaqlanıb
19 Fevral 2020 22:46 (UTC+04:00)
Bakının Binəqədi rayonunda iki nəfər dava zamanı bıçaqlanıb.
SİA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Talıbov Şafiq Məmməd oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Rahim Rəşid oğlu tanımadıqları şəxslə mübahisə ediblər. Mübahisə zamanı onların hər ikisi bıçaqlanıb.
Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb.